Menu

“Bank BTB”-nin səhmdarları dəyişdi

15.12.2016, 17:11
“Bank BTB”-nin səhmdarları dəyişdi

“Bank BTB” ASC-nin səhmdarı olan 3 fiziki şəxsdən 2-si dəyişib.

Bankda müvafiq olaraq 15% və 10% paya malik olan Nurəddin Elməddin oğlu Əliyev və Cəfər Tofiq oğlu Əliyev paylarını satıblar.

Onların payını 19% və 6% olmaqla Rza İsmayıl oğlu Sadiq (“Bank BTB”-nin Müşahidə Şurasının sədri) və Tükəzban Ağa qızı Mahmudova alıblar.

Bankın 75% payla əsas səhmdarı isə Nigar İsmayıl qızı Mehdiyeva qalmaqdadır.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır.  /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol