Menu

Kiyev məhkəməsi Yanukoviçin saxlanmasına sanksiya verdi

15.12.2016, 22:59

YanukovicAzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Kiyev məhkəməsi sabiq Prezident Viktor Yanukoviçin saxlanmasına sanksiya verib. Bu barədə ölkənin Baş prokuroru Yuri Lutsenko məlumat verib.

Onun sözlərinə görə, məhkəmənin iclası qapalı rejimdə keçib. Ukraynada sabiq Prezidenti maliyyə fırıldaqlarında və korrupsiyada ittiham edirlər.

Bu gün Viktor Yanukoviç Moskvanın Doroqomilovsk məhkəməsində baxılan iddia ilə bağlı çıxış edib. İddianı Ukrayna parlamentinin sabiq deputatı Vladimir Oleynik qaldırıb. Oleynik 2014-cü ilin fevral ayında Ukraynada baş vermiş hadisələri dövlət çevrilişi elan etməyi məhkəmədən xahiş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol