Menu

Dmitri Roqozin Azərbaycanda səfərdədir

16.12.2016, 11:08

roqozinRusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Bu gün D.Roqozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi gözlənilir.

Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski də daxildir.

Həmçinin oxuyun: RUSİYA AZƏRBAYCANA “İSGƏNDƏR” RAKETLƏRİ SATIR? – Roqozin Azərbaycana gəlir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol