Menu

Obama Moskvanı hədələdi - “Rusiya bunun cavabını alacaq”

16.12.2016, 13:53

Barack ObamaVaşinqton Rusiyanın ABŞ-da keçirilən seçki prosesinə müdaxiləsinə qarşı cavab tədbirləri görəcək. Axar.az xəbər verir ki, bunu NPR radiosuna müsahibəsində ABŞ Prezidenti Barak Obama söyləyib. O, Putinə bu məsələ ilə bağlı artıq etiraz etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Rusiyanı ölkədə keçirilən prezident seçkisinə müdaxilədə günahlandırır. Rusiya ilə hələlik bu iddiaları qəbul etmir. Moskvanın bu prosesdə əlinin olduğunu daha çox Mərkəzi Kəşfiyyat İdarəsi iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol