Menu

Çin saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb

17.12.2016, 23:24
Çin saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb

Pekin ölkənin Hərbi-Dəniz Qüvvələrinin Cənub Çin dənizində saxladığı sualtı pilotsuz aparatı ABŞ-a qaytarmağı qərara alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, dekabrın 15-də Çin Hərbi-Dəniz Qüvvələri Cənub Çin dənizində avtonom şəkildə idarə olunan sualtı pilotsuz aparat saxlayıb. Amerika tərəfinin bildirdiyinə görə, aparat Cənub Çin dənizinin beynəlxalq sularına ABŞ-ın “Bowditch” okeanoqrafik gəmisindən elmi tədqiqat məqsədilə buraxılıb.

Pentaqonun mətbuat katibi Piter Kuk insidentdən sonra tədqiqatın beynəlxalq hüquq çərçivəsində aparıldığını və aparatın ABŞ-a qaytarılmasını tələb edib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hadisəyə görə Çini sərt tənqid atəşinə tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol