Bu ilin ilk yarısında “Muğanbank” ASC-nin işçilərinin sayı 9,25% azalıb.
Bu barədə “Report” Banka istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-nə “Muğanbank”ın işçilərinin sayı 824 olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 84 nəfər azdır.
Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 mln. manatdır.


Şərhlər