Menu

“31 dekabrda əfv gözlənilmir” - Komissiya üzvü

19.12.2016, 18:41
“31 dekabrda əfv gözlənilmir” - Komissiya üzvü

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilmir”.

Bunu Modern.az-a Əfv Məsələləri Komissiyanın üzvü Rəşad Məcid bildirib.

Komissiya üzvü fikrini belə əsaslandırıb:

“Təbii ki, sərəncam verilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma əgər əfv olacaqdısa, indiyədək komissiya topalaşardı, iclaslar keçirilərdi. İndiyə qədər hər hansı iclas keçirilmədiyindən əfv olmayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol