Türkiyə Superliqasında 15-ci tura yekun vurulub.
Qol.az xəbər verir ki, turun son matçında “Fənərbağça” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib.
Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sovun dublu və Fernandaonun qolu “Fənər”ə böyükhesablı qələbə qazandırıb.
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Fənərbağça” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Gənclərbirliyi” isə 19 xalla səkkizincidir.


Şərhlər