Menu

Ermənistanda hakim partiyanın proporsional siyahısında ilk üçlük məlum olub

21.12.2016, 20:26
Ermənistanda hakim partiyanın proporsional siyahısında ilk üçlük məlum olub

Keçmiş baş nazir, Respublikaçılar Partiyasının sədr müavini Ovik Abramyanın adı üçlükdə yoxdur

Ermənistanda hakim Respublikaçılar Pariyasının parlamentə keçiriləcək seçkilərdə proporsional siyahıdakı ilk üç namizədi haqqında məlumat yayılıb.

“Report” “Jamanak” qəzetinə istinadən xəbər verir ki, keçmiş baş nazir, Respublikaçılar Partiyasının sədr müavini Ovik Abramyanın adı ilk üçlükdə yoxdur.

Həmin siyahıya ölkə prezidenti Serj Sarqsyan, baş nazir Karen Karapetyan və müdafiə naziri Vigen Sarkisyan başçılıq edir. Siyahıda 4-cü yerdə ədliyyə naziri Arpine Ovannisyan, 5-ci yerdə isə Ovik Abrmaynın olacağı ehtimalı böyükdür.

Qeyd edək ki, 2017-ci ilin aprelində Ermənistanda parlament seçkilərinin keçirlicəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol