Menu

Bakıda mağazadan brilliant qolbaq oğurlanıb - 40 min manatlıq

23.12.2016, 11:54
Bakıda mağazadan brilliant qolbaq oğurlanıb - 40 min manatlıq

Bakının mərkəzində qızıl dükanından dəyəri 40 min manat olan brilliant qolbaq oğurlanıb.

Hadisə Səbail rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən "Vivid Diamond" mağazasında qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Seymur Kərimova məxsus mağazaya 3 nəfər daxil olaraq satıcının fikrini yayındırıb. Bundan sonra 40 min manatlıq brilliant qolbaq oğurlanıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol