Menu

Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə gətirildi

23.12.2016, 12:26
Xalid Əhədov Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə gətirildi

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub.

Fonddan məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.

X. Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.

E. Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. E. Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol