Menu

İraqda bazara endirilən aviazərbə nəticəsində 20 dinc sakin ölüb

25.12.2016, 23:43
İraqda bazara endirilən aviazərbə nəticəsində 20 dinc sakin ölüb

Onların arasında uşaqlar da var

İraqın Mosul şəhərinin qərbində yerləşən Əl-Baac yaşayış məntəqəsinə endirilən hava zərbəsi nəticəsində ən azı 20 dinc sakin ölüb, təqribən 55 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar da var.

"Report" xəbər verir ki, bu barədə Neynəva əyaləti rəhbərliyinin nümayəndəsinə istinadən "Rudaw" telekanalı məlumat yayıb.

Zərbənin hansı ölkəyə məxsus təyyarə tərəfindən endirildiyi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol