AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) beşinci nəsil «FC-31 Gyrfalcon» qırıcı təyyarələrin ikinci prototipini sınaqdan keçirib. Xəbəri «China Daily» qəzeti yayıb.
Qəzetin məlumatına görə, sınaq uçuşu Lyaonin əyalətinin paytaxtı Şenyan şəhərində keçirilib.
Bundan əvvəl bu qırıcılar «Tszyan T» (J-31) adı ilə məşhur olub. Onun birinci prototipinin sınaqları elə həmin əyalətdə 2011-ci ilin oktyabrında keçirilib.
Qəzetin yazdığına görə, FC-31-in ikinci prtotipi radiolokasiya sistemləri tərəfindən görünməz olması, elektron avadanlıqlar və konstruksiyalarla təkmilləşdirilməsi və faydalı yükgötürmə qabiliyyətinin yüksək olması ilə seçilir.
Qırıcının maksimal uçuş kütləsi 28 ton, uçuş radiusu 1250 kilometr, maksimal sürəti 1,8 Maxa (saatda 2 min kilometrdən çox) təşkil edir.
Təyyarə 8 ton silah daşımaq qabiliyyətinə malik olacaq, qiyməti isə 70 milyon dollara çata bilər.


Şərhlər