Menu

 “İdmançılarımız 857 medal qazanıb” - Azad Rəhimov

26.12.2016, 22:16

azad_rahimovyujjjjjj“İlboyu yüksək naliyyətlərimiz, uğurlarımız olub. Bu il həqiqətən də idmanımzın təntənəsi və tarixə düşən ilidi”.

Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

2016-cı ilin yekunlarına həsr olunan tədbirdə çıxış edən nazir başa çatmaqda olan ili dəyərləndirib: “Cənab prezident də idmançılarla görüşdə bildirdi ki, gələn olimpiya oyunlarında bunu təkrarlamaq çətin olacaq. Hər dəfə bu sözü deyirik, amma görürük ki, rekord yenilənir. İdmançılarımız 857 medal qazanıb. Hər gün 2 dəfə Azərbaycanın bayrağı ölkə xaricində dalğalanıb. Bu medallardan 357-si qızıldı. 192 beynəlxalq yarış, o cümlədən, təkcə Bakıda 52 turnir keçirmişik”

Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanmışdı. Bu mükafatlardan 297-si (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya növlərində əldə edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol