Menu

FETÖ saytından səfir qatili ilə bağlı inanılmaz yalan

26.12.2016, 23:54
FETÖ saytından səfir qatili ilə bağlı inanılmaz yalan

FETÖ-ya bağlı "Zamanarabik.com" Qətər və Türkiyə arasında nifaq salmağa cəhd göstərib.Axar.az xəbər verir ki, sayt "Deyli sabah"ın ərəbcə bölməsində yayımlanmamış bir xəbəri fotoşop edərək yayımlanmış kimi göstərib və qalmaqala imza atıb.

"Zamanarabik.com" Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qatili Mərd Altındaşın Qətəri 15 iyul hadisəsindən sonra 5 dəfə ziyarət etdiyini iddia edib. Sayt yalan xəbərini daha da qüvvətləndirmək üçün “Hökumətyönlü "Deyli Sabah" qəzeti bir neçə gün əvvəl yayımladığı xəbərini qısa müddət öncə yayımdan qaldırıb” kimi ifadələr işlətməklə, faktı "əsaslandırmağa" çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol