Menu

Bakıda geniş miqyaslı elektrik kəsintisi...

27.12.2016, 16:08
Bakıda geniş miqyaslı elektrik kəsintisi...

Bu gün saat 12 radələrində ölkəmizin paytaxtı Bakı şəhərində geniş miqyaslı elektrik kəsintisi müşahidə olunur. Paytaxtın, demək olar ki, bütün rayonlarını və şəhərətrafı qəsəbəbləri əhatə edən bu kəsintinin səbəblərini “Azərenerji” ASC qazla işləyən iki elektrik stansiyasında – 400 MVt gücündə “Şimal” ES və 525 MVt gücündə “Sumqayıt” ES-da istehsal prosesi məcburi olaraq dayandırılması ilə bağlayıb.

Məlum olduğu kimi, bu gün Səngəçalda magistral qaz kəmərində güclü partlayış baş verib. “Azərenerji” ASC -dən verilən açıqlamada deyilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol