Menu

Neft ucuzlaşıb

28.12.2016, 10:00

Oil-Industry neftDünya birjalarında neft ucuzlaşıb."APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 53,78 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar azalaraq 55,92 dollar olub.

Qeyd edək ki, ötən gün Brent markalı neftin bir barelinin qiyməti 56 dollara yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol