Menu

Tokioda 6,3 maqnitudalı zəlzələ baş verib

28.12.2016, 22:49
Tokioda 6,3 maqnitudalı zəlzələ baş verib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio şəhərində bu gün axşam saatlarında 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar barədə hələlik məlumat yoxdur.

Qəbul olunmuş təsnifata görə, 6,0 bal gücündəki zəlzələlər «güclü» kimi təsnif olunur. Belə zəlzələlər binalarda yüngül zədələr (nazik çatlar) əmələ gətirir.

Bu gün Rumıniyada da 5,5 bal gücündə zəlzələnin baş verdiyi bildirilir. Yeraltı təkanlar hətta Ukraynada da hiss olunub.

Bundan əvvəl - dekabrın 25-də isə Çilidə 7,6 bal gücündə zəlzələ olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol