Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub. APA-nın məlumatına görə, hadisə Salyan şossesində baş verib.
Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Bu gecə saat 23:00 radələrində Bakının Səbail rayonu ərazisində, 20-ci sahə dairəsinin yaxınlığında dəhşətli avtomobil qəzası baş verib. "Azpolitika"nın məlumatına görə, şəhərdən əks istiqamətdə sürətlə hərəkət edən "Hyundai Sonata" markalı avtomobil yolu keçən 2 piyadanı vurub. Zərbə o qədər güclü olub ki, piyadalardan biri metrlərlə havaya qalxaraq yol qırağındakı reklam lövhəsinə çırpılıb. Hadisəni törədən avtomobilin sürücüsü və sərnişinləri də yaralanıblar.
Əraziyə gələn təcili tibbi yardım maşınları yaralıları ölümcül vəziyyətdə xəstəxanalara daşıyıblar.
Hadisə yerindən fotoları təqdim edirik.



Şərhlər