Menu

Hacı Mirəziz Seyidzadə vəfat edib

12.05.2014, 10:57
Hacı Mirəziz Seyidzadə vəfat edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə vəfat edib.

Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, Hacı Mirəziz Seyidzadə ürək ağrılarından əziyyət çəkirmiş. O, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

R.Dadaşova həmçinin qeyd edib ki, mərhumun cənazəsi doğulub boya-başa çatdığı Masallı rayonuna aparılıb. O, doğulduğu kənddə dəfn olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol