Menu

Bakıda səfirlik əməkdaşı qarət edildi - 9645 manat...

01.01.2017, 20:48

iqtisadcidan-diplomatik-korpuslarla-bagli-teklifBakının Xətai rayonda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb.

Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.

Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.

Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol