Menu

Cənubi Koreya təyyarəsi səhv üzündən dənizi bombaladı!

01.01.2017, 22:04

qiriciAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya hərbi-hava qüvvələrinə (HHQ) məxsus təyyarə səhv üzündən, dənizə bir neçə gəmi əleyhinə raket, dərinlik bombası və torpedo tullayıb. Xəbəri «Renxan» agentliyi yayıb.

«Ekipaj üzvlərindən biri təsadüfən atəş açmaq üçün nəzərdə tutulmuş düyməni basıb. Bu zaman bombaların atıldığı bölgədə bir balıqçı gəmisi olub. Ancaq gəmi xəsarət almayıb»-deyə, agentlik silahlı qüvvələrin nümayəndəsindən sitat gətirir.

Dəqiqləşdirilib ki, «Lockheed P-3CK» dəniz-kəşfiyyat təyyarəsi gəmi əleyhinə 3 «Harpun» raketi, torpedo və bir neçə dərinlik bombası atıb. İnsident Yapon dənizinin 30 kilometr şərqindəki Yanyan uyezdində baş verib.

Müdafiə nazirliyindən biliriblər ki, tullanmış sursatların partlamaq riski yoxdur. Onların sudan çıxarılması üçün hadisə yerinə xilasedici gəmi və mina tralleri göndərilib.

Hakimiyyət dairələri elan ediblər ki, lazımi yoxlamalar aparılacaq və belə hadisələrin təkrar olunmaması üçün bütün tədbirlər görüləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol