Menu

Medvedev və Yıldırım terrorla mübarizəni müzakirə etdilər

01.01.2017, 22:46
Medvedev və Yıldırım terrorla mübarizəni müzakirə etdilər

Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım arasında telefon danışığı olub.Virtualaz.org bildirir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Dmitri Medvedev İstanbulda törədilən terror aktı ilə əlaqədar Binəli Yıldırıma başsağlığı verib.

"Tərəflər beynəlxalq terrorizmin təhdidlərinə qarşı birgə mübarizənin vacibliyini qeyd ediblər. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.

Telefon danışığı zamanı həmçinin ikitərəfli əlaqələr də müzakirə mövzusu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol