İraqın paytaxtı Bağdad şəhərinin qərb hissəsində partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.
Virtualaz.org “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Əl-Yarmuk rayonunda baş vermiş hadisə nəticəsində azı 5 nəfər həlak olub, 11 yaralı var.
Bu, gün ərzində Bağdadda baş bermiş ikinci terror aktıdır. Səhər saatlarında Mədinət-əs-Sədr rayonunda baş vermiş partlayışda azı 32 nəfər həlak olmuşdu.


Şərhlər