AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Belarusda neft yatağı kəşf olunub. Yatağın ehtiyatları 1,7 milyon ton təşkil edir. İkinci kəşfiyyat quyusu qazılıb qurtardıqdan sonra yatağın ehtiyatları dəqiq qiymətləndiriləcək.
«Belarusneft» şirkətinin mütəxəssisləri qeyd edirlər ki, xammal böyük dərinlikdə yerləşir. Ancaq yatağın işlənməsi məsələsində, lay daxilində anomal yüksək təzyiqin olması müsbət faktor rolunu oynayacaq.

Şərhlər