Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tutur.Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Həştərxanda səfərdə olan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib: "Biz təkcə RF, Moskva ilə deyil, subyektlərlə də birbaşa əlaqələri dəstəkləyirik. Onların arasında Həştərxan xüsusi yer tutur. Bizi Həştərxanla bir çox - tarixi, iqtisadi, sosial, mənəvi və mədəni əlaqələr bağlayır. Biz, həmçinin Xəzər dənizini də bölüşürük. Odur ki, Həştərxanla əlaqələrimiz müəyyən mənada RF-nin başqa subyektləri üçün nümunə ola bilər".
PA rəsmisinin sözlərinə görə, Həştərxanda keçirilən bugünkü tədbirlər bunun tam sübutudur.
Ə.Həsənov onu da bildirib ki, hazırda Bakı-Həştərxan birbaşa aviareysinin və ya Bakı-Həştərxan-Volqoqrad aviareyslərinin açılması məsələsi üzərində iş gedir.

Şərhlər