Artıq 5 gündür AzPolitika.info saytı yenidən şiddətli haker hücumuna məruz qalır. Nəticədə bu gün günortadan sonra təxminən 2 saat ərzində saytımızın fəaliyyətində bəzi problemlər yaşanıb. Ancaq texniki xidmətin səyi nəticəsində saytımıza yaradılan problemləri qismən də olsa aradan qaldırmaq mümkün olub.
Qeyd edək ki, AzPolitika.info saytı ötən ilin iyun ayının 21-dən etibarən şiddətli haker hücumuna məruz qalır. Onlarla ölkənin ərazisindən təşkil olunan hücum o qədər güclüdür ki, 2 aya yaxın bir müddətdə fəaliyyət göstərməyimiz mümkün olmayıb. Xüsusi proqrama qoşulmaq sayəsində AzPolitika.info fəaliyyətini bərpa etsə də, haker hücumları dayanmayıb.
Belə görünür ki, saytımıza hücum əmrini verən dairələr AzPolitika.info-nun müstəqil və çəsarətli mövqeyini həzm edə bilmirlər.
AzPolitika.info

Şərhlər