Bu gün saat 16:00 radələrində “Azpolitika.info”ya maraqlı bir zəng gəlib. Zəng edən şəxs Abşeron rayon Polis İdarəsindən olduğunu bildirərək soruşub:

“Sizdə Zakir Fərəcovdan yazı gedib, nə məsələdir? İmkan var onu saytdan çıxarmağa?”

“Yox” cavabını alan “polis əməkdaşı” deyib: “Məlumatlandırdıq ki, imkan varsa çıxarasınız. Çıxarmırsınızsa başqa tədbir görərik...”

Bundan sonra əlaqə kəsilib.

“Azpolitika”nın rəhbərliyi zəng edən şəxsin həqiqətən polis əməkdaşı olub-olmadığını aydınlaşdırmaq, polis əməkdaşıdırsa görəcəyi “başqa tədbirin” nə ola biləcəyini öyrənmək üçün DİN-ə müraciət etməyi düşünür.

Xatırladaq ki, bu günlərdə “Azpolitika”da Abşeronla bağlı araşdırma yazısı yayımlanıb və orda icra başçısı Zakir Fərəcovun fəaliyyəti konkret faktlara istinadla tənqid olunub.

“Azpolitika”