Menu

«Əl-Qaidə» lideri «İŞİD» terrorçularını yalançı adlandırıb

07.01.2017, 12:21
«Əl-Qaidə» lideri «İŞİD» terrorçularını yalançı adlandırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Əl-Qaidə» təşkilatının lideri Ayman əz-Zəvahiri «İŞİD» terrorçularını yalançılıqda ittiham edib. Qruplaşmanın başçısı deyib ki, «İŞİD»çilər onun təlimini düzgün şərh etməyən təbliğatla məşğuldurlar.

«Əl-Qaidə» beynəlxalq terrorçu qruplaşması öz lideri Ayman əz-Zəvahirinin bəyanatını yayıb. O, bəyanatı ilə «İŞİD» terrorçularının üsullarını tənqid edib və qruplaşmanın başçılarını yalan təbliğat təşkil etməkdə suçlayıb.

Videomüraciətində Zəvahiri «İŞİD» nümayəndələrinin bu yaxınlardakı bəyanatına istinad edib. Bəyanatda deyilir ki, guya «Əl-Qaidə» şiələrə hücumlara qarşı çıxış edir və hətta bəzi xristian liderlərlə birləşməyə hazırdır.

«Daily Mail» xəbər verir ki, Zəvahiri bu bəyanatları «çirkin təbliğat kampaniyasının» elementi adlandırıb və şikayətlənib ki, «yalançılar» onun təlimini yanlış şərh ediblər. Zəvahirinin sözlərinə görə, onun bəyanatında söhbət diqqəti İraq qüvvələrinin rəhbərliyi altında şiələrə qarşı mübarizəyə cəmləşdirməkdən gedir, dinc əhaliyə qarşı təsadüfi qəddar hərəkətlərdən yox.

«Riyakarlar öz yalanlarında israr edirlər və təsdiqləyirlər ki, biz şiələri ittiham etmirik. Ancaq biz, məscidlərdə, bazarlarda və ibadət yerlərində partlayışları dayandırmağı mümkün sayırıq. Bunun əvəzində isə bütün diqqəti hərbçilərə, mühafizəçilərə və şiələrdən olan polislərlə qarşı hücumlara yönəltmə çağırırıq»-deyə, qruplaşmanın lideri bəyan edib.

«Xristianlarla birləşmək» məsələsinə gəlincə, Zəvahiri heç də gələcək İslam xilafətinin idarə olunmasında xristianların iştirakını yox, ticarət və kənd təsərrüfatı kimi sahələrdə xristian əhali ilə əməkdaşlıq etməyi nəzərdə tutub.

Sözügedən iki ekstremist qruplaşma arasında kifayət qədər dərin fikir ayrılığı var. Məsələn, «Əl-Qaidə» «İslam dövləti» qruplaşmasının qurmaq istədiyi xilafəti tanımır. Bu qruplaşmaların terrorçuları faktiki olaraq müharibə vəziyyətindədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol