Menu

Qərb dünyası Üçüncü dünya müharibəsi xofu altında!

08.01.2017, 22:24

muharibe-mainAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «YouGov» araşdımaçı şirkətin Qərb ölkələrinin əhalisi arasında apardığı sonrğu göstərib ki, Qərb dünyası Üçüncü dünya müharibəsi xofu altındadır. Sorğunun nəticələrinə görə, insanlar müharibənin yaxın vaxtlarda başlanacağını düşünür və dünyanın tarixdə ən nəhəng münaqişə ilə üz-üzə dayandığına inanır.

«The Independent» dəqiqləşdirib ki, analizin gedişi zamanı 9 ölkədən (ABŞ, Britaniya, Almaniya və Fransa da daxil olmaqla) olan 9 min insan sorğu edilib.

Respondentlər bəyan ediblər ki, onların fikrincə, Yer üzərində sülhün bərqərar edilməsi yaxın illərdə inandırıcı görsənmir. Əvəzində isə böyük beynəlxalq silahlı münaqişə artıq yaxın vaxtlarda başlana bilər. Məsələn, amerikalılar arasında rəyi soruşulanların 64,0 faizi, Britaniyalıların isə 61,0 faizi dünya müharibəsini «proqnoz edib».

Şimali Avropanın əhalisi isə hadisələrin bu cür inkişafına inanmır. Məsələn, burada rəyi soruşulanların yalnız 39,0 faizi hesab edir ki, planet gerçəkdən dünya müharibəsi astanasındadır.

Amerikalılar özlərinin dünya müharibəsi qorxusunu yeni seçilmiş Prezident Donald Trampın tezliklə vəzifəsinin icrasına başlayacağı ilə izah edirlər. Respondentlərin 59,0 faizi Rusiyanı təhlükə adlandırıb, Moskvadan ehtiyatlanan britaniyalıların sayı isə 71,0 faiz təşkil edib.

Fransada əhali terrordan qorxur. Burada rəyi soruşulanların 81,0 faizindən çoxu əmindir ki, yaxın vaxtlarda ölkəni yeni terror aktları gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol