Menu

Çində hidrogen yanacağı ilə işləyən təyyarə sınaqdan keçirilib

09.01.2017, 14:14
Çində hidrogen yanacağı ilə işləyən təyyarə sınaqdan keçirilib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikasında (ÇXR) hidrogen yanacağı ilə işləyən təyyarə uğurla sınaqdan keçirilib. Bu sahə üzrə Çindəki sınaq ABŞ və Almaniyadan sonra üçüncüdür.

Sınaqların əsas predmeti kimi ikimühərrikli yüngül «RXİE» elektrolyotu götürülüb. Bu model istehsal üçün lisenziyanı bir il əvvəl alıb. Onun hidrogen yanacaq elementi ilə işləyən versiyası bu günlərdə Çinin şimal-şərqindəki Şenyan şəhəri rayonunda ilk uçuş edib.

Sınaq 20 dərəcə (Selsi) temperaturda aparılıb. Təyyarənin mühərriki gücünü 20 kilovat-a qədər artıra bilir. Havaya qalxma anında əlavə güc isə akumulyatorlar vasitəsilə təmin olunur. Versiyanı hazırlayan mütəxəssislər qeyd edirlər ki, sınaq nümunəsinin bütün sistemi stabil işini nümayiş etdirib və atmosferə heç bir zərərli tullantı buraxmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol