Menu

Nazirlik Mənsimovun hədiyyəlik qayığını gözləyir - İtkin düşən neftçilər axtarılacaq [VİDEO]

09.01.2017, 16:08

deepflight_super_falcon_090117Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Onun sözlərinə görə, “Palmali” Şirkətlər Qrupuna məxsus “DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.

Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol