AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya özünümüdafiə hava qüvvələrinin qırıcı təyyarələri bazar ertəsi Çin Xalq Respublikası (ÇXR) hərbi-hava qüvvələrinin (HHQ) 8 təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb. Xəbəri Yaponiya özünümüdafiə qüvvələri qərargahı yayıb.
Tokionun məlumatına görə, Yaponiyanın hava məkanının yaxınlığından 6 uzanmənzilli bombardmançı N-6 təyyarəsi və 2 nəqliyyat təyyarəsi (Y-8 və Y-9) uçub.
Bəyanatda qeyd olunur ki, təyyarələr Koreya boğazından və Yaponiyanın Susima və İki adaları arasından keçməklə, Şərqi-Çin dənizi istiqamətindən uçublar. Yapon dənizinin üzərində təyyarələr dövrə vuraraq, oxşar martşrut üzrə geri qayıdıblar.
Bununla bərabər, xəbərdə qeyd olunur ki, Yaponiyanın hava məkanının pozulması halı qeydə alınmayıb.

Şərhlər