Menu

Ana doğuşdan sonra ölüb

11.01.2017, 15:24

hastane_hospital_070315Biləsuvar rayonunda ana doğuşdan sonra ölüb.

”Report”un Aran bürosunun verdiyi məlumata görə, rayonun Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.

Məlumata görə, doğuş zamanı ana oğlan uşağını dünya gətirib və doğuşdan sonra ölüb. Körpənin durumunun normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol