Menu

Çin Donald Trampın ittihamlarına cavab verib

12.01.2017, 16:34
Çin Donald Trampın ittihamlarına cavab verib

Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır.

“RİA Novosti” agentliyinin məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib.

L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp mətbuat konfransında Çin və Rusiyanı Birləşmiş Ştatlara qarşı kiberhücumlarda ittiham edən ABŞ xüsusi xidmət orqanları ilə razılaşdığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol