Menu

Türkiyədə 3 günlük matəm

14.05.2014, 12:39
Türkiyədə 3 günlük matəm

Türkiyə və Səfirliklərdə türk bayaraqları yarıya qədər endiriləcək

Növbətçi Türkiyəni yasa boğan Soma faciəsinə görə, ölkədə 3 günlük matəm elan edilib. ANS PRESS-in məlumatına görə, Türkiyə Baş nazirliyi bu barədə yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, yas əlaməti olaraq bu gün bütün Türkiyədə və xaricdəki səfirliklərdə türk bayaraqları yarıya qədər endiriləcək.

Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədən qəzasında ölənlərin sayının 201 nəfərə çatdığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol