Menu

Jurnalisti döydürən idmançı məhkəmə qarşısına çıxarıldı - 20 sutka həbs

14.05.2014, 14:26
Jurnalisti döydürən idmançı məhkəmə qarşısına çıxarıldı - 20 sutka həbs

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməkdə şübhəli bilinən idmançı Tural Bayramovun saxlanılması ilə bağlı xəbər təsdiqlənib. AzNews.az-a daxil olan məlumata görə, T. Bayramov artıq məhkəmə qarşısına çıxarılıb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 20 sutka azadlıqdan məhrum edilib.

Fərahim İlqaroğlu da AzNews.az-a açıqlamasında xəbəri təsdiq edib və adıçəkilən şəxsin məhkəmənin qərarı ilə azadlığının məhdudlaşdırıldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol