Menu

«NATO Trampın bəyanatından narahatlıq keçirir» - Ştaynmayer

16.01.2017, 15:27

Frank-Valter-Ştaynmayer«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib ki, NATO ABŞ-ın yeni Prezidenti Donald Trampın «NATO köhnəlmiş təşkilatdır...» bəyanatından narahatlıq keçirir.

«Mən, elə bu saat NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıqlar aparmaq üçün gəlmişəm. Trampın bəyanatı NATO-da narahatlıqla qarşılanır» - deyə, diplomat qeyd edib.

Bundan əvvəl Ağ Evin yeni sahibi NATO-nun başlıca problemlərindən biri kimi təşkilatın köhnəldiyini önə çəkib. O, həm də qeyd edib ki, hazırkı vəziyyətə alyansın yalnız 5 üzvü müdafiə məqsədilə lazım olan qədər vəsait xərcləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol