Bu gün Rusiyada fəaliyyət göstərən “Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti” diaspora təşkilatının sədri, Smolnı Universitetinin rektoru, akademik Heydər İmanovun 70 illik yubileyidir.
Heydər İmanov 1944-cü ildə Qubadlı rayonunda anadan olub. 1953-cü ildə Bakıya köçüb. 1963-cü ildə Bakı Texnoloji Texnikumunu bitirəndən sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburqa gedib. 1986-cı ildən 1992-ci ilə qədər Azərbaycanda yaşayıb. Bu dövrlər ərzində Gəncə Çini Qablar Zavodunda baş direktor vəzifəsində çalışıb. 10 il müdafiə sənayesi sahəsində işləyib. Texnika elmləri doktorudur. 2004-cü ildən Sankt-Peterburq Smolnı Universitetində fəaliyyətə başlayan akademik Heydər İmanov hal-hazırda həmin universitetin rektorudur.
Heydər İmanov əsl ziyalı olmaqla yanaşı həm də son dərəcə sadə, təvazökar bir insandır. Bu yaxınlarda telefon danışığımız zamanı sual etdim ki, yubeliyinizi necə qeyd edəcəksiniz, Vətənə gəlmək fikriniz varmı? Cavab verdi ki, Vətənə məmnuniyyətlə gəlmək istərdim. Amma ad günüm münasibətilə tərifləri eşitmək, dinləmək istəmirəm! Ümumiyyətlə, ad günümü qeyd etməyəcəm...!
Heydər bəy güclü vətənpərvərdir! Rusiya telekanallarında dəfələrlə çıxışının əsas hissəsini həmvətənlərimizin müdafiəsinə həsr edib. Uşaqları hədsiz çox sevir... Qızım Şahanə ilə dikusiya apararkən, sanki 13 yaşlı balaca qızcığaz ilə deyil, hansısa tələbəsi ilə diskusiya danışırdı...
Sual-cavabdan razı qalan Heydər bəy “Mən bu gün özüm-özümü təbrik edirəm ki, balaca ziyalımız Şahanəni daha yaxından tanıdım. Mən səninlə fəxr edirəm, Şahanə!” deyə bildirdi.
Bu qısa dialoqdan da Heydər İmanovun nə qədər sadə və səmimi insan olduğunun bir daha şahidi oldum...
Heydər bəy, 70 yaşınız mübarək olsun! 70 yaşın qədəmləri uğurlu olsun...
Aygün Paşayeva

Şərhlər