Azərbaycanın birinci xanımı, Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Böyük Britaniyanın “The Buisness Year” nəşri tərəfindən “İlin Birinci Xanımı” seçilib.

Bu barədə “The Buisness Year: Azerbaijan - 2014” nəşrinin təqdimat mərasimində məlumat verilib. Mükafat Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevə təqdim olunub.

Mükafat Mehriban Əliyevaya ölkənin ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfəyə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə verilib.