Menu

Azərbaycanın tanınmış diaspor rəhbəri Kiyevdə güllələndi

14.05.2014, 23:14
Azərbaycanın tanınmış diaspor rəhbəri Kiyevdə güllələndi

Rövşən Tağıyev reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağırdır

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevə güllələnib. R. Tağıyevin yaxınlarının APA-ya verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb.

Hadisə bu gün Ukrayna vaxtı ilə axşam saat 17 00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər.

Yaxınları R. Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol