Menu

Müdafiə nazirinin oğlu antiterror əməliyyatında iştirak edir - FOTO

15.05.2014, 10:36
Müdafiə nazirinin oğlu antiterror əməliyyatında iştirak edir - FOTO

Ukraynanın müdafiə naziri Mixail Kovalın böyük oğlu Milli Qvardiyanın sıralarında xidmət edir və hazırda antiterror əməliyyatının keçirildiyi Slavyansk şəhəri ətrafındadır. APA-nın xəbərinə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy öz “Facebook” səhifəsində yazıb.

M. Parubiy bildirib ki, nazirin oğlu Vladimir Koval hazırda Skavyansk ətrafındakı postda dayanıb: “Onun dəstəsi ilk günlərdən antiterror əməliyyatında iştirak edir. Onlar (ata və oğul) burada – ön xətdə görüşdülər. Nazir və əsgər. İkisi də Ukraynanı müdafiə edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol