Bu gün Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib. Qardaş ölkənin Soma bölgəsində baş verən faciə ilə əlaqədar səfir İsmayıl Alper Coşkun Bəyə başsağlığı verən deputat hadisədən duyduğu dərin hüznünü ifadə edib.

Ədalət Partiyasının Mətbuat xidməti İlyas İsmayılovun hadisə ilə bağlı Türkiyə səfirliyinə başsağlığı məktubunu da yayınlayıb. Məktubda deyilir:

“Türkiyənin Soma bölgəsində bir kömür mədənində baş vermiş qəza xəbərini eşidib xeyli üzüldüm. Türk mədənçilik tarixinin və dünyanın azsaylı qəzalarından olan bu faciə ilə bağlı Sizin timsalınızda qardaş dövlətə başsağlığı diləklərimi çatdırır ve Allahdan böyük Türk xalqına səbr diləyirəm.”