Menu

“Bank of Baku”ya daha bir müvəqqəti rəhbər təyin edildi

21.01.2017, 14:03
“Bank of Baku”ya daha bir müvəqqəti rəhbər təyin edildi

Təxminən 1 həftəlik fasilədən sonra “Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə daha bir müvəqqəti icraçı təyin olunub. “Report” xəbər verir ki, Banka rəhbərlik indi də İH-nin sədr müavini, informasiya texnologiyaları və əməliyyat sahəsinin rəhbəri Nahid Zeynalova həvalə edilib.

O, yeni vəzifəsində Zaur Qaraisayevi əvəz edib. Z.Qaraisayevin isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təyinat aldığı bildirilir.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol