Menu

Jurnalist məhkəmə zalında həbs edilib

15.05.2014, 15:44
Jurnalist məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Azər İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A, İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

A. İsrafilov ANS və İTV telekanallarında çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol