AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriya müxalifəti Astana (Qazax eli) danışıqlarının yekun komünikesindən narazı qalıb. Bu barədə «RİA Novosti» agentliyi xəbər verir.
Məlumata görə, Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları sənədin mətnində İranın Suriyadakı hərbi rolu barədə müvafiq xatırlatmanın olmamasına etiraz edirlər.
Bundan əvvəl Suriya məsələsi üzrə zamin ölkələr (Türkiyə, İran və Rusiya) Suriyada atəşkəs rejiminə əməl olunması üzərində nəzarət mexanizminin yaradılması barədə razılığa gəlmişdilər. Bəyanatda deyilir ki, ölkədəki silahlı müxalifəti terrorçulardan ayırmaq vacib məsələlərdən biridir.


Şərhlər