Menu

Bakıda mənzildə 66 yaşlı kişinin cəsədi tapılıb

26.01.2017, 00:07
Bakıda mənzildə 66 yaşlı kişinin cəsədi tapılıb

Rəşid Səfərovun cəsədi xilasedicilər tərəfindən aşkarlanıb

"Report" məlumat verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:06-da başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol