Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini dəstəkləmək üçün yanvardan aprelədək valyuta bazarında $536 mln alıb (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 36,5%).
AMB-nin verdiyi məlumata görə, təklif tələbdən yüksək olub, çünki manat çox möhkəmlənməsin deyə bazarda $536 mln alınıb.
Nəticədə manatın məzənnəsi cəmi 0,03% möhkəmlənib.
AMB-nin verdiyi məlumata görə, yanvar-martda manatın məzənnəsi 1 ABŞ dollarına nisbətdə 0,7844 manat olub.
Ötən il AMB manatın məzənnəsini qorumaq üçün $2 mlrd 457 mln alıb. Bu dövrdə manatın məzənnəsi 0,06% möhkəmlənib.(contact.az)

Şərhlər