Menu

Anar Məmmədlinin məhkəməsində prokurorun halı pisləşib

16.05.2014, 16:40
Anar Məmmədlinin məhkəməsində prokurorun halı pisləşib

Mayın 16-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ittiham aktını oxuyarkən hakim 5 dəqiqəlik fasilə elan edib.

Daha sonra məhkəmə davam edib. Bu dəfə isə prokuror özünü pis hiss etdiyini, təzyiqinin qalxdığını bildirib və növbəti dəfə 5 dəqiqəlik fasilə istəyib.

Fasilədən sonra hakim prosesin mayın 21-ə təxirə salındığını bildirib.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol