Menu

Ay təqvimi ilə Yeni ili başlayıb

28.01.2017, 19:09
Ay təqvimi ilə Yeni ili başlayıb

Yanvarın 28-də ay təqvimi ilə Yeni il başlayıb. Bütün Asiyada və çinlilərin kütləvi halda yaşadıqları ölkələrdə “Alovlu xoruz” ili təmtəraqla qeyd olunur. Bayram tədbirləri gələn həftənin sonlarınadək davam edəcək.

Azərtac xəbər verir ki, Çində bu bayramı ənənəvi olaraq atəşfəşanlıqla qeyd edirlər. Lakin Pekində havanın çirklənməsi səbəbindən atəşfəşanlıq qadağan edilsə də, insanlar buna məhəl qoymayıb və şəhərin ekoloji vəziyyəti bir gecənin içində daha da acınacaqlı hal alıb.

Yaponiyada Yeni il dualar və şirlərlə əjdahaların ənənəvi rəqsləri ilə qarşılanıb.

Malayziyalılar da çətin keçən “Qırmızı meymun” ilini əvəz edəcək “Alovlu xoruz” ilinə böyük ümidlər bəsləyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol